AZ

Lefke Avropa Universiteti azərbaycanlı tələbələr üçün xüsusi təkliflər paketi hazırlayıb

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş” Komissiyasının Ruslan Quliyev Şimali Kipr Türk Cümhuriyyətinə səfəri çərçivəsində Lefke Avropa Universitetinin rektoru Mehmetali Yükselenlə görüşüb.

Ruslan Quliyev Turizmplus.az saytına açıqlamasında bildirib ki, qısa bir müddətdə bu ali təhsil ocağında böyük bir irəliləyişin şahidi olub:

“Burada tələbə sayı 3000 nəfərdən 15000 nəfərə qədər artıb. Ən əsası isə universitetdə tibb fakültəsi açılıb və mən bunu çox böyük uğur kimi qiymətləndirirəm. Bu ildən burada azərbaycanlı tələbələr üçün xüsusi təkliflər paketi də hazırlanıb”.

Onun sözlərinə görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və yeni layihələr barədə müzakirə aparılıb, eyni zamanda Azərbaycan universitetləri ilə tələbə mübadiləsinin həyata keçiriləcəyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla