AZ

Regionda proseslərin məcrası dəyişir - Sülh müqaviləsinə kimlər mane olurdu? (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatlarındəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələriəsasında nəzərdə tutulan işlərin böyük əksəriyyəti həyatakeçirilib, sərhəd dirəkləri quraşdırılıb. Bu, onu deməyə əsas verirki, iki ölkə arasında birbaşa aparılan danışıqlar daha səmərəlinəticələr verir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı MahirAbbaszadə bildirib ki, artıq Ermənistan tərəfi anlamaqdadır ki,regionda Azərbaycanla sülh şəraitində yaşamaqdan, Azərbaycanla sülhmüqaviləsi imzalamaqdan, Azərbaycanla qarşılıqlı münasibətləriinkişaf etdirməkdən başqa bir yol yoxdur.

“Artıq hiss edilir ki, Ermənistanla Azərbaycan arasındamünasibətlərdə vasitəçilərə ehtiyac yoxdur. Birbaşa təmaslarınyaranması imkan verir ki, iki ölkə arasında sülh müqaviləsininimzalanmasında ciddi addımlar atılsın”, - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
4
Mənbələr
Şərh ()
Bağla