AZ

Enrike Mbappedən nə gözlədiyini açıqladı

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının cavab yarımfinalının "Borussiya"ya qarşı oyunu öncəsi Kilian Mbappenin meydandakı tapşırıqlarından danışıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı fransız forvarddan meydanın mərkəzində çox qaçmamasını istədiyini bildirib.

“Hücumçunun top üçün meydanın mərkəzinə qaçmasını istəmirəm. Hücumçunun kritik yerlərdə topa toxunmasını istəyirəm və bu, çətindir. Bilirəm ki, Kilian haqqında danışmağı sevirsən. Açığı, rəqiblərimiz onu cərimə meydançasında sərbəst buraxmaq fikrində deyillər, ancaq yarımmüdafiədə topla oynamağa imkan verə bilərlər. İstəyirəm ki, topa təhlükəli olan yerdə toxunsun”, - deyə Enrike jurnalistlərə bildirib.

PSJ - "Borussiya" matçı mayın 7-də baş tutacaq. İlk oyunda parislilər 0:1 hesabı ilə məğlub olub.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
90deqiqe.az

1Mənbələr

Şərh ()
Bağla