AZ

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

Olaylar.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

"İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirəcək. Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçiriləcək, həmçinin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək", - Kreml nümayəndəsi bildirib.

Uşakov qeyd edib ki, ikitərəfli təmas çoxməzmunlu olacaq, müzakirə olunacaq çoxlu məsələlər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
39
Mənbələr
Şərh ()
Bağla