AZ

“Mayın 9-da keçiriləcək parada yalnız dost ölkələrin diplomatları dəvət olunub”


“Mayın 9-da keçiriləcək parada dost ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və hərbi attaşeləri dəvət olunub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə deyib.
“MDB strukturlarının, Rusiya və Belarus İttifaq dövlətinin, KTMT, Aİİ, ŞƏT-in rəhbərləri, dost dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri, habelə dost dövlətlərin hərbi attaşeləri. Paradda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan liderləri iştirak edəcək. Kuba, Laos və Qvineya-Bisau prezidentləri ayrıca dəvət olunublar. Ermənistanın Baş naziri iştirak edə bilməyəcək. Azərbaycan prezidenti də olmayacaq. Azərbaycanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş təntənəli tədbirlər keçirilir”, - deyə Rusiya Federasiyası Prezidentinin köməkçisi izah edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla