AZ

Putinin andiçmə mərasimində Fransanı Moskvadakı səfiri təmsil edəcək

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində Fransanı ölkənin Moskvadakı səfiri Pyer Levi təmsil edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə diplomatik mənbədən "TASS" agentliyinə bildiriblər.

"Mayın 7-də Rusiya prezidentinin andiçmə mərasimində Fransanı səfiri təmsil edəcək", - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 15-17 mart tarixlərində keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, Vladimir Putin seçici səslərinin 87,28 faizini toplayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla