AZ

“Fənərbağça” bugünkü görüşə dörd itki ilə çıxacaq

“Fənərbağça” klubu “Konyaspor”la görüşdə meydana dörd itki ilə çıxacaq.

Məlumata görə, “sarı-lacivərdlər”in heyətində ciddi itkilər var. Belə ki, Leandro Bonuççi, Serdar Aziz, Cayden Ostovolde və İsmail Yüksek zədə üzündən komandasına kömək edə bilməyəcəklər.

“Fənərbağça”nın məşqçisi İsmail Kartal isə bugünkü qarşılaşmadan qalib ayrılacaqlarına əmin olduğunu deyib.

Qeyd edək ki, “Konyaspor” - “Fənərbağça” görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
oxu.az

3Mənbələr

Şərh ()
Bağla