AZ

İndi kino çəkənləri fədai adlandırmaq olar - Kinoprodüsser

“Azərbaycanda kino sahəsində yeni bir axın başladılıb. Biz illərdir özünü böyük sənətkar hesab edənlərin etmədiklərini eləməyə çalışırıq. Amma yolumuza daş qoyurlar. Bu əngəli, maneəni qoyanlar da tutduqları vəzifədən, kreslodan getmək istəməyən , dediyim dedikdir- deyib əl çəkməyən bəzi yaşlı nəsil nümayəndələridir".

Bu fikirləri Hit.az-a kinoprodüsser Orxan Mərdan səsləndirib.

"Bizə dövlət maliyyə ayırmır. Öz vəsaitimiz əsasında filmlər çəkirik. Çalışırıq yaxşı olsun. Bir zamanlar onlara yaradılmış şərait indi bizə yaradılsa , daha monumental işlər ortaya qoymaq olardı. Amma bizim əlimizdə bu vəsait yoxdur. Bu gün öz həvəsi, gücü hesabına kino çəkənlərə əslində fadailərdir. Bunu alqışlamaq əvəzinə niyə tənqid edirlər? Danışanların çoxu heç vaxt heç bir iş görməmiş, amma həmişə hər şeyin ən yaxşısını tələb edən insanlardır", deyə o bildirib.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla