AZ

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

Gəncə, 6 may, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsində "İt və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri" mövzusunda seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda universitetin Baytarlıq təbabəti fakültəsinin tələbələri və professor-müəllim heyəti iştirak ediblər.

Seminarda azərbaycanlı baytarlarla və tələbələrlə bir araya gələn türkiyəli baytar həkim Hüseyin Solak və digər iştirakçılar pişik və itlərdə sistematik göz müayinəsi haqqında müxtəlif nümunələr vasitəsilə təcrübələrini bölüşüblər.

Həmçinin iştirakçılar bilik və təcrübələrini artırmaqla yanaşı, bu sahədə son yenilikləri izləmək imkanı da qazanıblar.

Sonda seminar iştirakçıları Universitetin Baytarlıq klinikasında göz xəstəliyindən əziyyət çəkən iti müayinə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla