AZ

Sərnişin müdaxilə etdi, qatarın qapsında problem yaşandı – Bakı metrosunda

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.

Bu barədə Yenicag.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, “28 May” stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. Nəticədə, qatar stansiyanı sərnişinsiz olmaqla, 6 dəqiqə yubanma ilə tərk edib.

Əks istiqamətdən xəttə ehtiyat qatar verilib. Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
36
yenicag.az

10Mənbələr

Şərh ()
Bağla