AZ

Etibarsız tərəfdaş, müttəfiq olmayan DÖVLƏT: Andiçmədən sonra Rusiya Ermənistanda çevriliş edəcək?

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəyi dəqiqləşib. Bu barədə məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb. Simonyan jurnalistlərin Paşinyanın andiçmə mərasimində iştirak etmək üçün Moskvaya səfər edib-etməyəcəyi ilə bağlı suala “Xeyr” cavabını verib.

V.Putinin mayın 7-də Moskva vaxtı ilə 12:00-da keçiriləcək andiçmə mərasiminə N.Paşinyanın qatılmaması Ermənistan üçün hansı nəticələrə səbəb ola bilər? Kreml bu davranışına görə rəsmi İrəvanı hansısa formada cəzalandıra bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə getməməsi heç nəyi dəyişməyəcək.

Onun sözlərinə görə, hazırda Ermənistan və Rusiya münasibətləri gərgin dönəmini yaşayır: “Nə ola bilər ki, daha? Rusiya Ermənistanda çevriliş edəcək? Ya Rusiya Paşinyana qarşı başqa nə edə bilər? Onsuz Rusiya bunları edir, amma bunu tam həyata keçirə bilmir. Çünki Rusiyanın orda olan tərəfdaşları kifayət qədər zəifdir. Ermənistanda onların dəstəyi yoxdur”.

Mərkəz rəhbəri deyib ki, Ermənistanda Rusiya çox neqativ qarşılanır: “Xsusi ilə 44 günlük müharibədən sonra İrəvanda Rusiya etibarsız tərəfdaş, Ermənistana müttəfiq olmayan dövlət kimi görünür. Hazırda Ermənistanın xarici siyasət kursu dəyişib. Qərb ölkələri Ermənistanı dəstəklədiyi kimi, Nikol Paşinyanı da qoruyur. Ona görə də düşünmürəm ki, Ermənistana qarşı Rusiyanın nə isə sərt tədbir görməsi mümkündür. Təbii ki, Rusiya çalışacaq Ermənistana iqtisadi təzyiqlər etsin. Bundan başqa, oradakı 5-ci kolon vasitəsi ilə destabilizasiya yaratmaq istəyəcək. Lakin bütün bunların Ermənistana, onun xarici siyasət kursuna ciddi təsir edəcəyini düşünmürəm. Əksinə, proseslər, münasibətlər daha mənfi müstəviyə keçəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
22
Mənbələr
Şərh ()
Bağla