AZ

“Camuətül Mustafa” - Universitet, yoxsa terror təşkilatları üçün sosial resurs?

İranda dini təhsil alan tələbələr vasitəsilə beynəlxalq səviyyədə tanınan "Fatimiyyun" və "Zeynəbiyyun" silahlı briqadalarının və digər terror təşkilatlarının sosial bazalarını genişləndirilməsi və həmin təşkilatlara ideoloji dəstək verməsi, həmçinin "SEPAH" "Qüds Qüvvələri"nin qərargahı kimi istifadə olunması, o cümlədən din pərdəsi altında İranın nüfuz dairəsinin ekspansiyasını həyata keçirməsi səbəbindən 2020- ci ildə Amerika Birləşmiş Ştatları və 2022-ci ildə Kanada dövləti tərəfindən İranın Qum şəhərində fəaliyyət göstərən "Beynəlxalq Əl- Mustafa" universiteti "güclü kateqoriya"lı sanksiyalar siyahısına əlavə edilib.

Yenisabah.az "Kanal24online"na istinadən xəbər verir kiə, "Beynəlxalq Əl - Mustafa" universitetində təhsil alan azərbaycanlı tələbələrin "SEPAH"ın təsiri altına düşərək İranda Suriyada qanunsuz hərbi təlimlərə və silahlı münaqişələrdə iştirak etmələri, ayrı-ayrı terror fəaliyyətlərinə cəlb olunmaları, eləcə də din pərdəsi altında AR-ə qarşı dini ideoloji təxribatın aparılması və ölkəmizdə konstitusiya quruluşunun zorla dəyişdirilərək teokratik idarəetmə rejimi ilə əvəz olunmalarına çalışmaları hüquq - mühafizə orqanları tərəfindən təsbit edilmişdir.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
3
Mənbələr
Şərh ()
Bağla