AZ

Politoloq: “Hazırda  dünyada beynəlxalq təhlükəsizlik risk altındadır”

“COP29-a görə ölkələrin atəşkəsə rejiminə çağırılması Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin güclənməsinə gətirib çıxara bilər”.

Bu sözləri Herbiand.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib. O həmçinin qeyd edib ki, Azərbaycanın COP29 konfransı zamanı münaqişə edən ölkələri, xüsusilə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı atəşkəsə çağırılması, əlbəttə ki, Azərbaycan beynəlxalq aləmdə sülh gündəliyini dəstəklədiyini, sülhün tərəfdarı olduğunun göstəricisidir:

 “Bu, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin güclənməsinə gətirib çıxara bilər. Mən hesab edirəm ki, əlbəttə ki, Ukrayna Azərbaycanın bu təklifini dəstəkləyə bilər. Lakin Rusiyaya gəldikdə,  üç-dörd  və yaxud on gün atəşkəsə getməsi gözlənilir”.

Ekspert, həmçinin qeyd edib ki,təəssüf ki, bu tədbirlər həyata keçirilərkən belə bəzən müharibələr davam etdirilir:

“Hazırda  dünyada beynəlxalq təhlükəsizlik risk altındadır, yeni müharibə ocaqlarının baş verməsi istisna edilmir. COP29 iqlim dəyişikliyi ilə bağlı olsa da, bu, konkret olaraq dünyada sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm tədbirdir.  Azərbaycan tərəfi də bu istiqamətdə çox uğurlu siyasət həyata keçirəcək. Azərbaycan məhz COP29 vasitəsilə bir daha öz mövqeyini ortaya qoyacaq və dünya ölkələrinə çağırışlar edəcək. Lakin Rusiya Ukrayna müharibəsinin dayanacağına, atəşkəs rejiminə gedəcəyi bir qədər çətindir”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla