AZ

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı digərlərini də hərəkətə gətirə bilər...

Image

Vüqar Bayramov: “Asiya İnkişaf Bankı Azərbaycanda fərqli layihələrin həyata keçirilməsini reallaşdırır”

Asiya İnkişaf Bankı (AİB) Azərbaycana COP29 üzrə texniki yardım göstərməyə başlayıb. Bu barədə AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov AİB-in Tbilisidə keçirilən illik toplantıları çərçivəsində brifinqdə deyib.

O deyib ki, AİB Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün seçilməsindən məmnundur: “Bəziləri bu seçimi tənqid edə bilər, çünki Azərbaycan neft və qazla zəngin ölkədir. Lakin bizim tamamilə əks nöqteyi-nəzərimiz var. AİB COP29-da uğurlu danışıqlar aparmaq üçün hökumətin potensialını gücləndirmək üçün texniki yardımın göstərilməsinə artıq başlayıb".

AİB-in texniki yardıma başlaması prinsipcə nə deməkdir və bunun nə kimi nəticələri olacaq?

“COP29-un təşkili ilə bağlı bir çox ölkələr, xarici təşkilatlar əməkdaşlıq etmək istəyir, bu isə həmin ölkələr və ya beynəlxalq qurumlar üçün prioritetdir” 

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq var. AİB Azərbaycanda fərqli layihələrin həyata keçirilməsini reallaşdırır: “Danılmaz faktdır ki, COP29 Asiya İnkişaf Bankı üçün də prioritetdir. Məlumdur ki, COP29 qlobal xarekteri daşıyır və beynəlxalq institutlar üçün də əhəmiyyətlidir. Bu baxımdan adıçəkilən bank COP29-a texniki yardım göstərmək niyyətindədir. Texniki yardım məlumatlandırma, əməkdaşlığın gücləndirilməsi bir çox sahələrdə ehtiyac var. COP29-un təşkili ilə bağlı bir çox ölkələr, xarici təşkilatlar köməklik etmək istəyir. Nəticədə COP29-un təşkilində beynəlxalq qurumların, o cümlədən Asiya İnkişaf Bankının rolu artacaq. Bu isə həmin ölkələr və ya beynəlxalq qurumlar üçün prioritetdir.  Ümumiyyətlə, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir”. 

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla