AZ

Çempionat tarixində ən çox oyun keçirən qapıçı

Almaniya Bundesliqasının XXXII turunda “Ayntraxt”la keçirilən oyun “Bayer”in qapıçısı Lukaş Qradeçki üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, finlandiyalı qolkiper start heyətində meydana çıxmaqla yeni rekord müəyyənləşdirib.

Bu, Qradeçkinin Bundesliqada 292-ci matçı olub. O, Mönhenqladbax “Borussiya”sının və “Bavariya”nın sabiq qapıçısı Yann Sommeri (291) geridə qoyaraq, Almaniya çempionatında ən çox oyun keçirən əcnəbi qolkiper rekorduna yiyələnib.

Qeyd edək ki, “Bayer” səfərdə “Ayntraxt”ı 5:1 hesabı ilə məğlub edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
Mənbələr
Şərh ()
Bağla