AZ

Göyçayda mağazalarda xeyli sayda kəsici-deşici alət aşkarlanıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları kəsici-deşici alətlərin satışının qarşısının alınması  istiqamətində tədbirlər həyata keçiriblər.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şəhər ərazisində yerləşən 4 mağazadan ümumilikdə 82 ədəd xəsarət yetirmək təyinatına malik, satış üçün nəzərdə tutulan bıçaq və digər kəsici-deşici alətlər aşkar olunaraq götürülüb. 

Maddi sübut kimi götürülən həmin soyuq silahlarla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
6
operativmedia.az

6Mənbələr

Şərh ()
Bağla