AZ

Türkiyə "Meta"nı 10,5 milyon dollar cərimələdi

Türkiyənin antiinhisar tənzimləyicisi Rəqabət Şurası "Meta" korporasiyasına 335,7 milyon lirə (təxminən 10,5 milyon dollar) inzibati cərimə kəsib.

Bu barədə İqtisadiyyat.az "TRT" telekanalına istinadən xəbər verir.

Qərar "Meta"nın bazarda sağlam rəqabət qaydalarının pozulması kontekstində Ankaranın şikayət etdiyi "Threads" tətbiqinin Türkiyədə fəaliyyətini dayandırmasından sonra verilib.

Mövcud qərar daha əvvəl tətbiq edilən gündəlik 4,79 milyon lirə (154 min dollar) cəriməni ləğv edir. Korporasiya bu məbləği 2023-cü ilin payızından, "Threads" ilə bağlı təhqiqat başlayandan bəri hər gün ödəməli idi. Cərimə Meta-nın 2022-ci il üçün ümumi gəlirinə əsaslanır.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
iqtisadiyyat.az

1Mənbələr

Şərh ()
Bağla