AZ

“Quru çörək yeyib, məşqə çıxırıq” - “Hatayspor”un futbolçusu

“Hatayspor”un qapıçısı Erce Kardeşler “Qaziantep” ilə 1:1 hesabı ilə başa çatan Superliqa matçından sonra açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, qolkiper ötən il baş vermiş zəlzələdən sonra komandanın sahibsiz qaldığını bildirib.

“Mövsümün başından bəri çox tənhayıq. Stadionumuz, bazamız, pulumuz olmadı. İlk dəfədir bir klubu bu qədər sahibsiz görürəm. Belə şey olar? 5 aydır ki, quru çörək yeyirik. Quru çörək yeyib, məşqə çıxırıq. Daha sonra duş qəbul etmədən evə gedirik. Hələ 1,5 saatlıq yoldan danışmıram. Mən çox üzülürəm. Tək arzum “Hatayspor”un liqada qalmasıdır. Hataylılar üçün buradayam. Volkan Dəmirəl də tək qaldı, bacarmadı. Çünki o, məşqçilikdən başqa hər şeyi etməyə çalışırdı. Buraya qədər gəlib çıxmışıqsa, bu Volkan Dəmirəlin sayəsindədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla