AZ

Almaniya Rusiyadakı səfirini geri çağırdı


Almaniya Rusiyanı Almaniya Sosial Demokrat Partiyasının (SDP) resurslarına kiberhücum etməkdə ittiham etdikdən sonra Moskvadakı səfiri Aleksandr Lambsdorffu məsləhətləşmələr üçün geri çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
“Əlavə olaraq xəbər verə bilərəm ki, Xarici İşlər Naziri Annalena Berbok Moskvadakı səfir Aleksandr Lambsdorffu məsləhətləşmələr üçün Berlinə geri çağırmaq qərarına gəlib”, - nazirliyin nümayəndəsi deyib.
“O, bir həftə Berlində qalacaq və sonra Moskvaya qayıdacaq”, - o, əlavə edib.
Qeyd edək ki, ötən həftə Berbok Almaniya hökumətinin 2023-cü ildə SDP idarə heyəti üzvlərinin e-poçt hesablarının sındırılmasına görə, Rusiyanı məsuliyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə apardığı araşdırma zamanı keçən il baş vermiş bu hücuma görə APT28 qrupunun məsuliyyət daşıdığı iddia edilib.
SDP ofisinə kiberhücum edildiyi iddiası ilə Almaniya Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın Almaniyadakı müvəqqəti işlər vəkili isə alman tərəfinin ittihamlarını qəti şəkildə rədd edib.
Qeyd edək ki, SDP 2023-cü ilin iyununda hakerlərin partiyanın idarə heyəti üzvlərinin e-poçt hesablarını sındırdığını bildirib. Heyət fərdi poçt qutularından məlumat sızmasını da istisna etməyib.
Almaniyada “Fancy Bear” kimi tanınan APT28 haker qrupu həmçinin 2015-ci ildə Bundestaq şəbəkələrinə genişmiqyaslı kiberhücumda da günahlandırılıb. Rusiya tərəfi haker hücumlarında iştirakla bağlı ittihamları dəfələrlə rədd edib. Almaniya hüquq-mühafizə orqanlarından heç biri kibercinayətkarların Moskva ilə əlaqələri barədə media versiyasını dəstəkləmək üçün heç bir sübut təqdim etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla