AZ

"Bu qəzalarda hər il 1,2 milyon insanı ölür" - ÜST

Dünyada baş verən avtomobil qəzaları nəticəsində hər il 1,19 milyon insan dünyasını dəyişir, 17,8 milyon insan isə yaralanır. Bu, bir gündə 3260 insanın ölməsi və 48 787 insanın yaralanması deməkdir. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü ilə dair hesabatında öz əksini tapıb. 


ÜST hesabatını 108 ölkədən yol təhlükəsizliyi ilə bağlı məlumatları toplayaraq hazırlayıb. Dünyada isə ölkələrin sayı 198-dir. Deməli, bütün ölkələrin məlumatları bu hesabatda əksini tapsaydı, o halda yol-nəqliyyat qəzaları zamanı ölüm və yaralanma sayının daha çox olduğu məlum olardı. 


Hesabatda qeyd edilir ki, yol qəzaları nəticəsində insan itkisini azaltmaq üçün tədbirlər görülsə də yol qəzaları və yol təhlükəsizliyi hələ də problem olaraq qalır. 
Məlumata görə, 5-29 yaşlı insanlar arasında ölümün əsas səbəblərindən biri yol-nəqliyyat hadisələridir. Yol-nəqliyyat hadisələri hər il ciddi maliyyə itkilərinə də səbəb olur. Bəzi ölkələrdə bu hadisələr hətta ümumi daxili məhsul istehsalının 3 faizini təşkil edir. 


Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hər il may ayında yol hərəkəti təhlükəsizliyinin artırılması və qəzaların qarşısının alınması üçün maarifləndirmə məqsədilə “Yol Hərəkəti Təhlükəsizliyi və Hərəkət Həftəsi” qeyd edilir. Yol qəzalarında həyatını itirən və yaralananların anıldığı bu həftədə qəzaların azaldılması üçün həll yolları axtarılır. 


Qəza dərəcəsi qitələr arasında dəyişir. Yol qəzaları ən çox Afrika, ən az isə Avropa qitəsində baş verir. Təhlükəsizlik kəməri taxmaq, keyfiyyətli motosiklet dəbilqələrindən istifadə etmək, sürət həddinə riayət etmək kimi sadə qaydalara əməl edildiyi ölkələrdə qəza və ölüm nisbətləri ən aşağı səviyyədə olur. 


Vasif

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla