AZ

Bir dəfəyə nə qədər kabab yemək olar?

Sağlamlığa zərər vermədən bir dəfəyə nə qədər kabab və digər ət məhsulları yemək olar?

Məşhur diyetoloq Yuliya İqnatenko ət məhsullarından düzgün istifadənin qaydalarını açıqlayıb.

Publika.az xəbər verir ki, diyetoloq maraqlı araşdırmasını sadə yollarla izah edib.

Quş əti əla protein mənbəyidir. Bədəni bir çox qida ilə təmin edir: yod, dəmir, sink, vitaminlər (xüsusilə B12) və əvəzolunmaz yağ turşuları. Yağsız toyuq proteini də amin turşularının mənbəyidir. Quş əti yemək əzələləri və sümükləri gücləndirir, zədə və osteoporoz kimi xəstəliklərin riskini azaldır.

Qırmızı ətə dırnaqlı heyvanların əti daxildir: mal əti, quzu və donuz əti. Tərkibində B vitaminləri, fosfor, kalium və sink, mal əti dəmir, donuz əti isə selenium mənbəyidir.

Ultra emal edilmiş ətlər: kolbasa, burger köftesi, bastırma çox miqdarda doymuş yağ ehtiva edir. Pəhrizdə bu qidalar minimuma endirilməlidir.

Balanslaşdırılmış pəhrizin bir hissəsi kimi quş əti yemək tövsiyə olunur. Əksər ölkələrdə pəhriz tövsiyələri qırmızı ətin (mal, dana, quzu, donuz əti, geyik əti, keçi) istehlakını məhdudlaşdırır. Qırmızı ətin bir porsiyası gündə təxminən 70 q və ya həftədə 350-500 qramdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla