AZ

Avropa Komissiyası: Çindən gələn elektrik avtomobilləri və polad Aİ bazarını ələ keçirib

Çindən gələn elektrik avtomobilləri və polad Avropa İttifaqınının bazarını ələ keçirib və bunanla bağlı Brüssel Çinin könüllü olaraq ixracı azaltmasını gözləyir.

APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Çin sədri Si Cinpin və Fransa prezidenti Emmanuel Makronla üçtərəfli görüşdən sonra deyib.

“Elektrikli avtomobillər və polad məmulatları kimi Çinin subsidiyalaşdırılan məhsulları Aİ bazarını həddindən artıq doldurub. Dünya artıq Çin məhsullarını qəbul edə bilməz. Buna görə də Çin hökumətini bu struktur həddindən artıq istehsala cavab verməyə çağırdım. Eyni zamanda, biz G7 ölkələri və inkişaf etməkdə olan ölkələrlə birlikdə cavab tədbirlərini intensiv şəkildə koordinasiya edəcəyik", - Ursula von der Leyen qeyd edib.

Onun sözlərinə görə, Aİ bazarlarının əlçatanlılığı hami üçün bərabər şərtlərlə olmalıdır: “Lakin biz bazarın qorunması alətlərimizdən tam istifadə etməyə hazırıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
4
Mənbələr
Şərh ()
Bağla