AZ

Hansı universitetlər Qarabağa KÖÇÜRÜLƏCƏK? - AÇIQLAMA

Hansı universitetlər Qarabağa KÖÇÜRÜLƏCƏK? - AÇIQLAMA

Bildiyimiz kimi, Bakıdan artan tıxac problemi və əhali sıxlığı universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsini zəruri edir. Böyük Qayıdış konsepsiyasına əsasən Qarabağdan bərpa-quruculuq işləri davam etdirilir. Mərhələli şəkildə keçmiş məcburi köçkünlər öz yurdlarına yerləşdirilir. Bu fonda univeristetlərin Qarabağa köçürülməsi gündəmə gəlir. Azərbaycanda hansı univeristetlər Qarabağa köçürülə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur:

"Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır. Danılmazdır ki, ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsinin paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər. Əslində bu gün pik saatlarda yaranan sıxlıq yollara bitişik ərazilərdə ali təhsil müəsissələrinin hesabınadır. Buna görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Əgər belə olarsa ali təhsil müəsissələrinin yerləşdiyi küçə və prospektlərdə tıxacların qarşısı alınar.

Ekspertin sözlərinə görə, paytaxtdan kənara - Qarabağa köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti , İqtisad Univeristeti, Slavyan Universiteti və Pedaqoji Universitetidir:

"Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Qarabağ, o cümlədən Sumqayıt , Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməi daha effektiv olardı. Bu həmdə Bakı ərtafı ərazilərin də inkişafına təkan verərdi. Dünya təcrübəsinə baxanda görürük ki, Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər şəhərdə də, şəhərdən kənarda da yerləşir. Qardaş Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər.

Kamran Əsədov deyib ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara və quruculuq işləri bitdikdən Qarabağa köçürülməsinin şahidi ola bilərik:

"Düşünürəm ki, bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur. O universitetləri köçürmək lazımdır ki, onlar şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olur, gediş-gəlişi çətinləşdirir. Elə universitetlər var ki, onların həyətləri, sahəsi, bağ-baxçası yoxdur. Həmin universitetlərin şəhərin mərkəzində olmasının heç bir əhəmiyyəti yoxdur. Bəzi institutların, maşın saxlamaq, tələbələrin hərəkəti üçün yol problemi var. Şəraiti olmayan ali təhsil ocaqlarının şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı. Qeyd edim ki, artıq Lomonosov adına Moskva Dövlət Univeristetinin Bakıdakı filialı və Bakı Ali Neft Məkətəbi şəhər ətrafına köçürülüb. Hesab edirəm ki, önəmli olan təhsilin keyfiyyətidir. Universitetin harada olmasından aslı olmayaraq, bütün güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
sonxeber.az

1Mənbələr

Şərh ()
Bağla