AZ

Almaniya 800 min elektrikli avtomobil ixrac edib

Almaniyanın 2023-cü ildə elektrikli avtomobil ixracatı illik müqayisədə 58% artaraq 786 min ədədə çatıb.

"Ölkə.Az" xəbər verir ki, sözügedən ixracatın dəyəri 36 milyard avro olub.

Ötən il alman elektrik avtomobillərinin ən əhəmiyyətli alıcı ölkəsi 15,6% payla Niderland, ikinci yerdə 13,4%-lə Böyük Britaniya və üçüncü yürdə 12,4%-lə Belçika olub.

Ölkənin elektrikli avtomobil idxalı 2023-cü ildə 23,5% artaraq təxminən 446 min ədədə çatıb və bunun üçün 14,1 milyard avro ödənilib.

Almaniyada elektrikli avtomobillərin əksəriyyəti 2023-cü ildə Çindən gətirilib. Çinin payı 29% olduğu halda, bu ölkəni 9,9%-lə Cənubi Koreya və 9,3%-lə Çexiya izləyib.

Məlumatlar göstərir ki, Çinin Almaniyaya tamamilə elektrikli avtomobil idxalındakı payı keçən illə müqayisədə iki dəfədən çox artıb.

Könül
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
Mənbələr
Şərh ()
Bağla