AZ

Bu ölkə köhnə avtomobillərini elektromobillərlə əvəz edənlərə ödəniş edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Çin hakimiyyəti köhnə avtomobillərini elektromobillərlə əvəz edənlərə 1400 dollara qədər ödəniş edəcək.

Banco.az xəbər verir ki, Çin hakimiyyəti dünyanın ən böyük elektrik avtomobil bazarında azalan tələbi artırmaq məqsədilə avtomobillərini tam elektrik və ya hibridlə əvəz edəcək avtomobil sahiblərinə 10 min yuana (1400 dollar) qədər pul ödəməyi planlaşdırır. Bundan əlavə, hakimiyyət avtomobillərini mühərriki 2 litrdən çox olmayan ənənəvi avtomobillərə dəyişənlərə 7 min yuan məbləğində subsidiya verəcəyini bildirib.

Qeyd edək ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatına görə, minik avtomobillərinin pərakəndə satışı aprel ayında ötən aykı 6,2% artımla müqayisədə illik 1,5% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla