AZ

Polşa Ukraynaya qoşun yeritməkdən imtina edib

Polşa Ukraynaya qoşun yeritmək niyyətində deyil.

Editor.az TVP İnfo telekanalına istinadla xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski Ukraynadakı münaqişədə təşəbbüsün Rusiyaya məxsus olduğunu bildirmişdi. O qeyd edib ki, amerikalıların Ukraynaya ayırdığı 60,8 milyard dollarlıq yardım paketi Ukraynanın münaqişədə qələbə qazanması üçün kifayət etməsə də, Kiyevə əlavə vaxt verib. Onun sözlərinə görə, ABŞ-dan gələn bu paket sayəsində Ukraynanın bu il uduzmayacağına əmin olmaq olar.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla