AZ

Fidan Əmirovanın "Naxışların izi ilə..." sərgisi açılıb - rəssamın ruhunun parlaq rəngləri – FOTO

Xətai Sənət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş gənc rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Fidan Əmirovanın "Naxışların izi ilə..." adlı fərdi sərgisi təqdim olunub.  Sərginin açılışı Xalçaçı günü keçirilib.

Açılışda çıxış edən Azərbaycan Rəssamlar İttifaqı sədrinin müavini, Xalq Rəssamı Ağaəli İbrahimov vurğulayıb ki, xalçaçılar öz peşə bayramlarını əlamətdar bir tarixdə - Ulu Öndərin, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 101 illiyi ərəfəsində qeyd edir. Qeyd olunub ki, Ulu Öndər  Heydər Əliyev hər zaman milli mədəniyyətə və irsə,  mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına xüsusi diqqət yetirib.

Sərgidə Fidan Əmirovanın 35-ə yaxın dekorativ tətbiqi sənət əsəri nümayiş olunub. Hər bir əsərdə müxtəlif texnikaları əhatə edən xalça elmentləri yer alır. Sərgilənən əsərlər Azərbaycanın zəngin irsi olan xalçalarını müasir sənət anlayışı ilə birləşdirir, ənənəvi xalça naxışlarının müasir sənət yoluna daşıyır, bu dövrə uyğunlaşdırır və yeni obrazla təqdim edir. Nümayiş olunan əsərlər qədim xalça elementlərini müasir rənglər, formalar və texnikalarla tərənnüm edir. Sərgi iştirakçıları keçmiş və müasirlik arasında təsirli balansı aşkar edərək xalça motivlərinin unikal gözəlliyinin şahidi olublar.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbov, Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, Milli Konservatoriya nəzdində  Asəf Zeynnalı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının direktor müavini Kəmalə Kərimova, Xətai Sənət  Mərkəzinin direktoru Zahid Avazov gənc rəssamın işinin özünəməxsusluğunu qeyd etdilər, ona gələcək yaradıcılıq uğurları arzuladılar. Layihənin kuratoru Dövlət Rəssamlıq Akademiyasının ictimaiyyətlə əlaqələr və media üzrə mütəxəssisi Sakina Bağırovadır.

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında təhsil alan Fidan Əmirova bir sıra respublika və beynəlxalq sərgilərdə iştirak etmiş, bir çox diplom, sertifikat və mükafatlara layiq görülmüşdür. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakultəsiinin bədii xalşa ixtisasının bakalavr səviyyəsinə daxil olan Fidan Əmirovanın yaradıcılıq yolunda yeni səhifə açılır. Sərgisi bundan öncə İsveçrədə keçirilmişdir.

Fidan Əmirova: "Rəssamların əsərləri sadəcə kətan üzərində təsvir deyil, onların daxili aləminin əksidir. Sənət ruhunun sirlərini açır və yaratdığı əsərdə öz təcəssümünü tapan düşüncələrini və emosionallığı əks etdirir. Yer üzündə həqiqi məqsədini tapmağa çalışan bir insan kimi, əsər özü və ətrafındakı dünya ilə bir növ harmoniya körpüsünə çevrilir".

Onu da qeyd edək ki, Fidan Əmirova başqa bir gənc rəssam Nərmin Abbasovu dəstəkləyərək onun "Huner" ekspozisiyasını təqdim edib. Rəssamlar fəxri diplomlarla təltif olunublar. Qonaqlar ekspozisiyalara böyük maraqla izləyiblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla