AZ

Ağ ev Bayden administrasiyasını Gestapo ilə müqayisə edən Trampa cavab verib

Ağ

Ağ ev keçmiş prezident Donald Trampı qınayıb. Buna səbəb Trampın prezident Bayden administrasiyasını Almaniyanın nasist dövründəki gizli polisi olan Gestapo ilə müqayisə etməsidir.

Reyting.az
-ın məlumatına görə, Ağ ev Trampın şərhlərinə kəskin bəyanatla cavab verib.

“Prezident Bayden faşistlərin dəhşətli ritorikasını təkrarlamaq, neo-nasistlərlə nahar etmək və cəsur polislərin həyatı bahasına başa gələn saxta nəzəriyyələrlə deyil, Amerika xalqını ortaq demokratik dəyərlərimiz və qanunun aliliyi ətrafında birləşdirir. Bu, son 50 ildə zorakılıq cinayətlərinin ən böyük azalmasına səbəb olan bir yanaşmadır”, - deyə Ağ evin sözçüsü Endryu Beyts bildirib.

Qeyd edək ki, “Nev York Times” ilk olaraq Trampın şənbə günü Florida ştatında özəl donor tədbirində ona qarşı açılan məhkəmə iddialarına istinad edərək şərhlər verdiyini yazıb.

“Bu insanlar Gestapo administrasiyasını idarə edirlər. Və bu, onlarda olan yeganə şeydir”, - Tramp deyib.

E. KAMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla