AZ

Atom Agentliyinin rəhbəri İrana getdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi bazar ertəsi İrana səfər edib.

Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, o, Tehranda xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla görüşəcək, daha sonra birinci beynəlxalq nüvə konfransında iştirak etmək üçün İsfahan şəhərinə gedəcək.

Qrossi və İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami forumun əsas iştirakçılarıdır.

Konfransın xarici qonaqları arasında xarici ölkələrin İranda akkreditə olunmuş səfirləri, o cümlədən Səudiyyə Ərəbistanının diplomatik missiyasının rəhbəri də var.

 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
5
Mənbələr
Şərh ()
Bağla