AZ

Məşhur 3 döyüşçü öldürüldü

Ukrayna Silahlı Qüvvələrinin bir neçə tanınmış döyüşçüsü öldürülüb. News365.az xəbər verir ki, bu barədə hərbi müxbir Ruslan Tatarinov özünün Telegram kanalında məlumat yayıb.

Tatarinovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Rabotino ərazisində “Bronya” ləqəbli Aleksandr Lukovets, “Hutsulka” ləqəbli  Oksana Demçuk və “Malış” ləqəbli Andrey Sidoru məhv edib. Hər üç döyüşçü Lvov vilayətinin Stryi şəhərindən olub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla