AZ

“Rusiyanın nüvə təlimləri NATO-nun Ukraynaya qoşun yeritmək planları ilə bağlıdır”- KREML

“Rusiyanın taktiki nüvə zərbəsi endirmək üzrə təlimləri Qərb ölkələrinin Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı bəyanatları ilə birbaşa bağlıdır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü dmitri Peskov bildirib.

Peskov deyib ki, oxşar bəyanatları Fransa prezidenti Emmanuel Makron, Britaniya və ABŞ Senatının nümayəndələri də səsləndirib.

“Onlar Ukraynaya silahlı kontingen göndərməyə hazır olduqları barədə danışıblar”, – Peskov bildirib.

Onun fikrincə, bu bu, gərginliyin kəskinləşməsinin tamamilə yeni mərhələsidir və xüsusi diqqət və tədbirlər tələb edir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
azpost.info

1Mənbələr

Şərh ()
Bağla