AZ

Kilyan Mbappe Useyn Boltla yarışmağı qəbul edib

Mövsümün sonunda PSJ-dən ayrılacağı dəqiq olan Kilyan Mbappe, adını daşıyan KM fondunun tədbirində sürpriz açıqlama verib.

"Operativ Media" xəbər verir ki, sürəti və yüksək ayaq idarəçiliyi ilə rəqiblərinin kabusu olan 25 yaşlı ulduz futbolçu adını dünya atletizm tarixinə qızıl hərflərlə yazan Useyn Boltun təklifini qəbul edib.

Səkkiz olimpiya qızıl medalı olan atletizm əfsanəsi Useyn Bolt bu yaxınlarda açıqlama verərək Kilyan Mbappeyə onunla yarışmağı təklif edib.

Mbappe Boltla yarışmağa razı olub.

"Mənim heç bir şansım yoxdur, mən də belə düşünürəm” deyə cavab verib.

Bolt 100 metr məsafəni 9,58 saniyəyə qət edərək rekorda sahib olduğu halda, Mbappe 100 metri 10,9 saniyəyə qət edə bilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla