AZ

“Bayer” Avropa rekordunu təkrarladı

Bundesliqanın 32-ci turunda Frankfurt “Ayntraxt”ı ilə səfər oyununda 5:1 hesablı qələbə cari mövsümün çempionu “Bayer” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “əczaçılar” bütün yarışlarda məğlubiyyətsizlik silsiləsini 48 oyuna çatdırıblar.

Beləliklə, Leverkuzen təmsilçisi Avropa futbolunun buna qədər Portuqaliya nəhəngi Lissabon “Benfika”sına məxsus mütləq rekordunu təkrarlayıb. 1963-cü ildə “qartallar” 48 oyunluq məğlubiyyətsiz silsiləyə nail olmuşdular.

Bu iki məğlubiyyətsiz silsislə indi Avropa futbolunun mütləq rekordudur.

32 oyundan 84 xal toplamış “Bayer” Bundesliqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Əczaçılar” hələ 29-cu turda Almaniya çemionluğunu erkən surətdə özləri üçün təmin etmişdilər.

Leverkuzen təmsilçisi növbəti oyununu Cümə axşamı, mayın 9-da Avropa Liqasının yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində “Roma”ya qarşı keçirəcəklər.

Xatırladaq ki, İtaliya paytaxtındakı ilk oyunda “Bayer” “canavarlar”ı 2:0 hesabı ilə məğlub etmişdi.

Beləliklə, qarşıda “Bayer”i ya mütləq rekord, ya da bu möhtəşəm silsilənin sonu gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla