AZ

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünün gündəliyi açıqlandı

Bakı. Trend:

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri CeyhunBayramov və Ararat Mirzoyanın Almatıda keçiriləcək görüşününgündəliyi məlum olub.

Trend xəbərverir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, görüşün əsas mövzusunu iki ölkənin ərazibütövlüyünün qarşılıqlı tanınması təşkil edəcək.

Bundan başqa, iki ölkə arasında öhdəliklərin yazılı təsdiqolunacağı, eləcə də, regionda nəqliyyat infrastrukturunun vəticarət marşrutlarının açılmasının müzakirə olunacağıgözlənilir.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan Respublikası vəErmənistan Respublikası arasında sərhəddə Azərbaycan RespublikasıBaş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan RespublikasıBaş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə AzərbaycanRespublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinindelimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikasıilə Azərbaycan Respublikası arasında dövlət sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşündə anklav və eksklav məsələləri üzrədelimitasiya prosesini davam etdirmək barədə razılıq əldəolunub.

Bu razılıq sülhə doğru önəmli addım olmaqla yanaşı, mayın 10-daAzərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov vəArarat Mirzoyanın Almatıda keçiriləcək görüşü ilə bağlıgözləntiləri artırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
5
Mənbələr
Şərh ()
Bağla