Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkənin 2023-cü il üçün elektromobil xarici ticarət məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, Almaniyanın keçən il elektrikli avtomobil ixracatı bir əvvəlki ilə görə yüzdə 58 artaraq 786 min ədədə çatdı. İxracın dəyəri isə 36 milyard avro olaraq qeyd edildi.

Digər tərəfdən, Alman avtomobil sənayesi 2023-cü ildə əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə daha çox elektrik avtomobil istehsal edib. 2023-cü ildə istehsal 2022-ci ilə nisbətən 59,9 faiz artaraq təqribən 973 min ədədə çatıb və istehsalın dəyəri 40,4 milyard avro təşkil edib.

Alman avtomobil istehsalçıları inflyasiya təzyiqləri, yüksək enerji xərcləri, Avropada yavaş iqtisadi artım və Çin avtomobil istehsalçıları, eləcə də “Tesla” ilə rəqabətlə üzləşirlər.