AZ

Rumıniya klubunun üzvü: "Qəbələ"nin birinci diviziona düşəcəyinə heç vaxt inanmazdım"

Rumıniyanın "Sepsi" klubunun futbolçusu, "Qəbələ"də oynamış İsnik Alimi Sportal.az saytına açıqlama verib.

O, sabiq komandasının Premyer Liqada sonuncu yerdə qərarlaşmasını şərh verib:

"Qəbələ"nin Premyer Liqada sonuncu olmasına təəssüf edirəm. Onların birinci diviziona düşəcəyinə heç vaxt inanmazdım. "Qəbələ" tarixi olan klubdur və Avropa uğrunda mübarizə aparmaq, ya keçən ilki kimi nəsə qazanmaq üçün həmişə Premyer Liqada olmaqları lazımdır. Ötən mövsüm yaxşı alınmışdı. Gözəl futbol oynayırdıq. Yaxşı işlər görərdik".

Şimali makedoniyalı futbolçu Azərbaycan və Rumıniya çempionatlarını da müqayisə edib: "Məncə, Rumıniyada daha güclü liqa var, çempionluq uğrunda çox komanda mübarizə aparır. Yaxşı oyunçular oynayırlar, klublar xərclədiyi pullar əsasında rəqabətədavamlı olmaq istəyirlər. Həm də strukturu ilə çox gözəl gözəl stadionlar və çempionatda çoxlu komandalar var. Çoxlu oyunlar keçirilir, oyunlara çox azarkeş gəlir. Bütün bunları nəzərə alsaq, Rumıniya liqasının daha yaxşı olduğunu düşünürəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla