AZ

"ASALA" terror təşkilatının üzvü delimitasiya etirazlarına qoşulub - VIDEO

Türkiyənin Kaliforniyadakı konsulunu öldürən "ASALA" terror təşkilatının üzvü Ambik Sasunyan da delimitasiyaya etiraz edən ermənilərə qoşulub.

Ednews - un məlumatına görə bu barədə erməni telegram kanallarında görüntülər paylaşılıb. 

Qeyd edək ki, Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat İrəvana yürüşünü davam etdirir.

Təxribatçı keşişin yürüşü Göyçə yarımadası deyilən ərazidən başlayıb.

“Birtərəfli güzəştlərin bu fəlakətli kursunun sonu və sərhədləri yoxdur. Şimaldan cənuba böyük və qəribə bir qanaxma prosesindəyik. Bu proses dayandırılmalıdır”, - deyə Qalstanyan yürüşdən əvvəl deyib.

Yerli mətbuatın məlumatına əsasən, “Şirak Vətən uğrunda” vətəndaş hərəkatının üzvləri Tavuş rayonundan başlayan yürüşə qoşulmaq üçün mayın 8-də saat 10:00-da Abovyan şəhərinə gedəcəklər.\

Əkbər Novruz


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla