AZ

İranın nüfuzlu generalı gizli səfər edib

İranlı generalın Livana qeyri-rəsmi və məxfi səfər etdiyi bildirilir.

Ölkə.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələrinin komandiri, Əl-Qüds xüsusi təyinatlılarının komandanı Qasım Süleymaninin varisi olan iranlı briqada generalı İsmayıl Qaani bir neçə həftə əvvəl Beyruta gizli səfər edib.

Onun "Hizbullah" lideri Həsən Nəsrullahla görüşdüyü qeyd edilir.

Məlumata görə, “Qəzza zolağında baş verən hadisələrdən sonra atılacaq gələcək addımlar” müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
olke.az

1Mənbələr

Şərh ()
Bağla