AZ

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Səlahiyyətlilər Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayının 78-ə çatdığını təsdiqləyiblər.

Bu barədə İqtisadiyyat.az "G1" portalına istinadən xəbər verir.

Məlumata görə, 105 nəfər itkin düşüb, 844 mindən çox sakin və 341 bələdiyyə isə təbii fəlakətdən zərər çəkib.

Bazar günü səhər saatlarında Quaiba çayının səviyyəsi 5,33 metrə çatıb ki, bu da ən yüksək səviyyədir.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla