AZ

İnsanı sürətlə kökəldən qidalar– Ağla gəlməyən siyahı


Mən az yeyirəm, amma kökəlirəm, sağlam qidalar seçirəm, ammaarıqamıram deyənlər, insanı sürətlə şişirdən qidaları tanımalısız.


“Medicina” xəbər verir ki, nutrisoloq, endokrinoloq Darya Qubareva kökəldən qidalardan danışıb.

“Kökəldən qidaları 2 qrupa bölmək olar:

1.Sağlam qidalanmaya daxildir, dietalarda var, amma yüksək enerji dəyəri var.


Bunlar: çərəzlər, fındıqlar, tumlar, bitki yağları – balqabaq, günəbaxan, zeytun, avokado belə.


Bunlar faydalı yağlarla zəngindir, eyni zamanda kalorilidir. Ona görə onları çox məhdud sayda yemək lazımdır.


Yəni gündə 3 qaşıqdan artıq yağ və ya 5 qoz, 1 avokadodan artıq olmaz.
2-ci qrup qidalar: yüksək emal olunmuş, hazır qidalardır ki, tərkibində duz, şəkər, doymuş yağlar və əlavələr var.

Bunlar bütün hazır şirniyyat, içkilər, konfet çörək, kartof, fast-fud kolbasa, qızarmış ət və s.


Bu qidalar rasionumuzda çoxdur, orqanizmə vacib vitaminləri vermir, lif, zülal yoxdur, sadəcə qanda şəkəri artırır və uşaqdan böyüyə piylənməyə səbəb olur.


Bu qidaları həftədə 1 dəfə, çox azmiqdarda yemək olar.
Kökəlmək istəməyənlər yeməyi buğlama, buxarda və ya sobada yağsız hazırlasın”.

Aygün Musayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
medicina.az

1Mənbələr

Şərh ()
Bağla