AZ

Bu qan qrupundan olanlardademensiya riski 82% çoxdur

Demensiya ən qorxulu xəstəliklərdən biri hesab olunur.

Medicina.az xəbər verir ki, demensiya ilə bağlı çoxlu araşdırmalar aparılsa da, onun arxasında duran mexanizm hələ də tam olaraq aşkar edilməyib.

Ancaq əldə olunan məlumatlar göstərir ki, bəzi insanlara demensiya riski daha yüksəkdir. Demensiya riski ilə bağlı araşdırmalar bəzi qan amillərinin də əhəmiyyətli bir əlamət ola biləcəyini göstərir. Araşdırmalardan biri qan qruplarının bu xəstəliyə böyük təsir göstərə biləcəyinə dair ipucları verir.

“Neurology” jurnalında dərc edilən araşdırmaya görə, AB (IV) qan qrupu olan insanlar, digər qan qruplarına sahib olan insanlardan daha yüksək demans riski ilə üzləşirlər. Bu insanlarda təfəkkür və yaddaş problemlərinin 82% daha çox olduğu müəyyən edilib.

Vermont Universitetinin Tibb Kollecindən olan tədqiqat müəllifi Meri Kaşmen onların araşdırmasının qan qrupu ilə idrak qabiliyyətinin zəifləmə riski arasındakı əlaqəni aşkarladığını söyləyib.

Onun sözlərinə görə, yüksək qan təzyiqi, yüksək xolesterin və diabet kimi faktorlar da zehni pozğunluq və demensiya riskinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur:

“Qan qrupunun insult kimi digər damar sağlamlıq vəziyyəti ilə də əlaqəli olduğu düşünülür. Buna görə də, əldə edilən məlumatlar damar problemləri ilə beyin sağlamlığı arasındakı əlaqənin əhəmiyyətli olduğunu vurğulayır. Bu nəticələri təsdiqləmək üçün daha çox araşdırma tələb olunur”.

Bildirilir ki, potensial “cinayətkar” qanın laxtalanmasına kömək edən “Faktor VII” adlı bir zülaldır. AB qan qrupundan olanlarda “Faktor VII” səviyyəsi daha yüksəkdir. Bir sözlə, daha yüksək “Faktor VII” səviyyələri daha yüksək demensiya riski ilə əlaqələndirilir.

AB qan növünə sahib olmağın mədə və mədəaltı vəzi xərçəngi riskinin də daha yüksək riski ilə əlaqəli olduğu göstərilib.

Qeyd edək ki, demensiya yaddaş, düşüncə, şəxsiyyət və mühakimədə dəyişiklikləri əhatə edən bir neçə beyin pozğunluğu üçün ümumi bir termindir. Nəticə etibarı ilə bu dəyişikliklər insanın müstəqil həyat sürməsinə və yaşamasına mane olur.

Demensiya hallarına əsasən 65 yaşdan sonra rast gəlinir. Dünyada təqribən 5 milyon insan bu xəstəlikdən əziyyət çəkir.

Mütəxəssislər niyə bəzi insanların demensiyaya daha meyilli olduğuna hələ də dəqiq cavab verə bilmirlər. Qan qrupu araşdırmaların aşkar etdiyi yeganə amil deyil. Demensiya riski ilə aşağıdakı amillər də birbaşa əlaqəlidir:

- Yaş faktoru

- Genetika

-Qeyri-sağlam həyat tərzi (yanlış qidalanma, idman etməmək, siqaret çəkmək, həddindən artıq spirt istifadəsi, piylənmə)

-Ürək-damar xəstəlikləri (yüksək qan təzyiqi və s.)

-Başın zədələnməsi

-Sosial və ya koqnitiv məşğulluğun az olması


Aysel


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla