AZ

Hakan Fidan: Əgər iki dövlətli həll əldə olunmasa, bu, son Qəzza müharibəsi olmayacaq

Türkiyə Xarici işlər naziri Hakan Fidan Dubayda yerləşən Əl Ərəbiyyə Televiziyasının qonağı olub.

İsrailin fələstin torpaqlarının işğalının davam etdiyini bildirən Hakan Fidan təcili olaraq iki dövlətli həllə nail olunmasının vacibliyini vurğulayıb.

Müsahibədə Fidan Türkiyənin atəşkəsi təmin etmək üçün atdığı addımları və vasitəçilik səylərini izah edib.

Türkiyənin prioritetinin atəşkəsi təmin etmək olduğunu və bu mövzuda Qətərlə yaxın təmasda olduqlarını ifadə edən Fidan, “Bir tərəfdən humanitar yardımların daxil olmasını təmin etməyə çalışırıq, digər tərəfdən də Strateji və qalıcı bir həll olaraq gördüyümüz iki dövlətli həll üçün beynəlxalq sistemi səfərbər etməyə çalışırıq",-deyə qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla