AZ

Rusiyanın nüvə təliminin səbəbi... - Peskov açıqladı

Qeyri-strateji nüvə silahları ilə keçirilən təlimlər Qərbdən Ukraynaya qoşun yeritməyə hazır olduqları barədə bəyanatlarla bağlıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Peskov bu bəyanatları təhlükəli adlandırıb:

“Gərginliyin eskalasiyasının bu yeni mərhələsi misilsizdir, xüsusi diqqət və xüsusi tədbirlər tələb edir”.

Qeyd edək ki, Prezident Vladimir Putinin tapşırığına əsasən, Rusiya Baş Qərargahı aviasiya və dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələrinin təlimlərinə hazırlığa başlayıb. Təlimlərdə qeyri-strateji nüvə hazırlığı təkmilləşdiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
4
Mənbələr
Şərh ()
Bağla