AZ

Tanınmış din xadiminin yubileyi keçirilib- FOTO

Bu günlərdə İmişlidə görkəmli ilahiyyatçı, din xadimi Kərbəlayi Məşədi Bülbülün 130 illik yubileyi qeyd edilib.

News365.az xəbər verir ki, yubiley tədbirində rayon ziyalıları, din xadimləri və Millət vəkil Razi Nurullayev iştirak edib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Kəlbəlayi Məşədi Bülbül Umud oğlu İmişli rayonu Otuzkilər kəndində anadan olub. 1924-1927 ci illərdə İran İslam Respubilkasının Ərdəbil şəhərində təhsil alıb. Göyçay və Sabirabad rayonlarında axund vəzifəsində işləyib. 1968-ci ildən 1979-cu ilə qədər Qafqaz Müsəlmanları İdarəsinin Şexülislamının müavini və Qazilər şurasının sədri vəzifəsində işləyib.

Azərbaycanı Qafqaz ölkələrində mütamədi olaraq Din xadimi olaraq təmsil edib. 1986-cı il tarixdə 92 yaşında rəhmətə gedib.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla