AZ

Azərbaycanlı uşaqlara amansız işgəncələr verən Aida Serobyan Azərbaycana VERİLƏ BİLƏR? - ŞƏRH

Azərbaycanlı uşaqlara amansız işgəncələr verən Aida Serobyan Azərbaycana VERİLƏ BİLƏR? - ŞƏRH

Xəbər verdiyimiz kimi, işğal vaxtı ermənilərin daha bir azərbaycanlının başına gətirdiyi işgəncəli acı taleyi məlum olub. Belə ki, 1993-cü ildə Xankəndidə doğulan sonuncu azərbaycanlı körpəyə qarşı erməni tibb bacısı inanılmaz qəddarlıq edib. Burada həmin erməni tibb bacısı Aida Serobyan olub. Ermənistan anası" adlandırılan, "Hərbi xidmətlərə görə", "İgidliyə görə" medalları ilə təltif edilən Aida Sergeyevna Serobyan yeni doğulmuş körpəni ömürlük şikəst edən, yaralı girovlara qarşı amansızlığı ilə seçilən, onları narkozsuz amputasiya edən və bundan böyük zövq alan iblis xislətli qadındır. Bəs bu terrorçuluq əməlləri ilə məşğul olan qadın Azərbaycana təhvil verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Aida Serobyan Azərbaycan xalqına qarşı qətliam törədən, faşizm əməlləri ilə məşğul olan tək-tük ermənilərdən deyil:

"Aida Serobyan Monte Melkonyan, Serj Sarkisyan, Arkadi Qukasyan kimi məşhur terrorçulardan biridir. Aida Serobyanın ölkəmizə verilməsi ilə bağlı proses olacaqsa, Azərbaycanın burada bir sıra üstünlükləri var. Əvvəla onu qeyd etmək lazımdır ki, Kəlbəcərin işğalından sonra ələ keçirilən girovların ifadələri var. Bu şəxs "uşaq həkimi" idi. Onun uşaqlara qarşı xüsusi amansızlığı var. Bu qadının törətdiyi cinayət əməlləri ilə bağlı çoxsayda şahidin ifadəsi mövcuddur. Onun "həkim"lik fəaliyyəti ilə yanaşı sözügedən qadın həm də terrorçu olub. O, əlinə silah Azərbaycana qarşı vuruşmuş bir şəxs olub. Bildiyimiz kimi, Monte Melkonyan təkcə Qarabağ müharibəsində deyil, həm də türk diplomatlarına qarşı terrorçu fəaliyyəti göstərən ASALA-nın tərkibində olmuş bir şəxsdir. Aida Serobyanda bu terrorçu qruplaşmanın dəstəsində olub".

Politoloqun sözlərinə görə, bu qadın ASALA-nın bir üzvünə çevrilib. ASALA bu gün dünyanın bir çox nöqtəsində rəsmi terror təşkilatı kimi qəbul edilir:

"Onun ASALA-da və Azərbaycan xalqının uşaqlarına qarşı olan fəaliyyəti ilə bağlı faktlar toplanarsa, beynəlxalq ictimaiyyətdə bir çox şeylər əldə etmiş olarıq. Bəs Ermənistan bu qadını təhvil verəcək mi? Bu gün Aida Serobyanın Ermənistanda bir çox təltifləri var. Bu qadının igidliyə və hərbi xidmətlərinə görə təltifləri mövcuddur. Bütün bunları nəzərə aldıqda Ermənistanın onu təhvil vermə ehtimalı zəif görsənir. Beynəlxalq ictimaiyyətdə əfsuslar olsun ki, onun təhvil prosesi sürətli olmaya bilər. O cümlədən qərb ictimaiyyəti erməni lobbisinin dəstəyilə bunun qarşısını almağa çalışa bilər. Ən azından onun interpol axtarışına verilməsi, onun xarici ölkəyə çıxışının bağlanması və Ermənistanda yaşamağa məhkum edilməsi özlüyündə bir uğur olar".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla