AZ

"Vitali Borisov debüt ilini dublla başa vurmaq niyyətindədi" - Emin Kürdov

Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik.

"Football-plus.az" xəbər verir ki, bunu futzal üzrə "Araz-Naxçıvan" klubunun kapitanı Emin Kürdov "Baku Fire" komandasına qarşı keçirəcəkləri ölkə kubokunun final oyunu barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli qapıçı mövsümü major notlarla bitirmək istədiklərini söyləyib:

"Son oyundu. Bu matçı bizim üçün əhəmiyyətli edən bir neçə səbəb var. “Araz-Naxçıvan” 15 ildi ölkə kubokunu qazana bilmir. Bu uğursuz seriyaya son qoymaq istəyirik. Digər tərəfdən, baş məşqçimiz Vitali Borisov debüt ilini dublla başa vurmaq niyyətindədi. İdmanda hər bir titul, uğur əzizdi, qiymətsizdi".

Yığmamızın üzvü qarşılaşmanın maraqlı olacağını sözlərinə əlavə edib:

"Çünki “Baku Fire” cari mövsümdə bizi məğlub edə bilməyib. Dörd dəfə üz-üzə gəlmişik, iki görüşdə heç-heçə qeydə alınıb, qalan matçlarda onları udmuşuq. Mövsümü major notlarla bitirmək istəyirik. Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik”.

Qeyd edək ki, ölkə kubokunun final oyunu sabah saat 14.00-da Bakı İdman Sarayında keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla