AZ

Qapıçının ilk qol ötürməsi

“Bizim üçün çox yaxşı oyun idi. Qələbə qazanmaq üçün meydanda çox şey etdik” – bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in qapıçısı İqor Rodriges deyib.

Portuqaliyalı “çərçivə” qoruyucusu Premyer Liqanın 33-cü turunda “Sumqayıt”la 1:1-lik heç-heçə etdikləri matçdan danışıb: “Oyunun gedişində hesabda geri düşdük. Amma inanırdıq ki, qol vura bilərik, hesabı bərabərləşdirməyə nail olacağıq. Son dəqiqələrdə vurduq və qalib gəldik. Bunun üçün çox şadıq. Amma həqiqətən qalib gəlmək niyyətimiz var idi. Lakin istənilən xal yaxşı sayıla bilər”.

Rodriges matçın son dəqiqələrində irəli atılıb vurulan qolda ötürmə etməsindən söz açıb: “Karyeramda ilk qol ötürməsi idi. Buna görə və komandama kömək etdiyimə görə çox şadam”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla