AZ

Qonşu ölkə sərhədə qüvvə yığır: Rəsmən elan edildi – “Rusiya ilə savaşa hazırlaşırıq”

Finlandiya müharibə vəziyyətində avadanlıq istehsalı və ya xidmət üçün özəl şirkətlərlə 1000-dən çox müqaviləyə baxır.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Mikko Heyskanen məlumat verib.

“Uzunmüddətli böhrana hazır olmalıyıq”, - general bildirib.

Heyskanen müqavilələrdən bəzilərinin qəbul edildiyini, planların yoxlanıldığını və strateji tərəfdaşlarla hazırlığın getdiyini açıqlayıb.

“Financial Times” yazır ki, Finlandiya Rusiya ilə sərhəd yaxınlığında hərbi texnikalar saxlamağa başlayıb. Nəşr qeyd edir ki, NATO və Avropa Birliyi bütün üzvlər arasında Rusiya ilə ən uzun sərhədə malik Finlandiyanın hazırlığına xüsusi diqqət ayırmalıdır.

Finlandiyanın mümkün savaş üçün ən azı altı aylıq yanacaq, taxıl ehtiyatı və bütün sakinləri üçün kifayət qədər sığınacaqları var. Hazırda Finlandiya müharibə hazırlığı çərçivəsində artilleriya mərmisi istehsalında bütün Avropanı üstələyir. Ölkə hər il 4 milyon artilleriya mərmisinin istehsalına ÜDM-in təxminən 6-7 faizini sərf edir.

Heyskanen əlavə edib ki, Finlandiya Norveçdə hərbi texnika saxlamağa başlayıb və tezliklə İsveçdə də bu işə başlayacaq.

Öz növbəsində, Finlandiya Prezidenti Aleksandr Stabb da xəbərdarlıq edib ki, ən pis ssenariyə - Rusiya ilə müharibəyə hazır olmaq lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla