AZ

Rusiya 50 minlik qoşunla Xarkova hücuma hazırlaşır- ISW

Rusiya Xarkova hücum üçün Ukraynanın şimal sərhədlərində qüvvə toplayır.

Azpost.info xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) son hesabatında bildirilir.

Analitiklər qeyd edirlər ki, ümumilikdə Rusiya Şimal Qüvvələr Qrupuna 50 minə yaxın əsgər toplayıb. Bunlardan 31 mini Belqorod vilayətində, 10 mindən çoxu Kursk vilayətində və 8 mindən çoxu Bryansk vilayətində yerləşir.

Rus bölmələri Kursk vilayətindəki stansiyalarda boşaldılır, sonra isə Xarkova yaxın olan Belqorodskayaya göndərilir. Bu yaxınlarda Zaporojyenin işğal olunmuş hissəsindən köçürülmüş 76-cı (Pskov) Hava Desant Diviziyasının bir batalyonu Kursk vilayətinə gəlib. Bununla belə, Şimal qrupu əsasən Leninqrad Hərbi Dairəsinin bölmələrindən təşkil olunub.

Eyni zamanda hərbi analitiklər hesab edirlər ki, Rusiya ordusu Xarkovu ələ keçirmək üçün kifayət qədər qüvvəyə malik deyil. “Ancaq Rusiyanın Xarkov və ya Sumiyə qarşı hücum əməliyyatları ləngidəcək və cəbhənin digər, daha vacib sektorlarından Ukrayna bölmələrini birləşdirəcək”, – analitiklər vurğulayırlar.

Daha əvvəl Ukrayna ordusundakı BILD mənbələri Rusiyanın Xarkovu ələ keçirmək cəhdində 20-40 min əsgərdən istifadə edə biləcəyini bildirmişdi.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
azpost.info

1Mənbələr

Şərh ()
Bağla