AZ

Həmid Herisçi: "AYO da dəyişməli idi, mən də..."

"Mən AYB-yə əliboş gəlməmişəm. "İki səmanın qartalı" ilə gəlmişəm..."

Kulis.az xəbər verir ki, bu sözləri şair, yazıçı Həmid Herisçi AYB-nin Birliyə qəbul məsələləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O, AYB ilə bağlı qərarını Qələbədən sonra verdiyini qeyd edib:

"Azərbaycan yazıçısı eqoist deyil. Mən çox tənha idim. Qorxurdum ki, ətrafımdakı güzgülər məni aldatsın. Dünyada söz qiymətdən düşür, biz hələ də şeiri sevirik. Meyxana yazıçıları udur. Bizdə şifahi ədəbiyyat hələ də yaşayır. Minlərlə adam öz hesabına kitablarını çap eləyir. 30 il ermənilərlə postmodern müstəvidə savaşırdıq. Elə ki realizmə keçdik, klassikaya qayıtdıq, qalib gəldik. Bu, müharibə etalonudur. Bu qələbədən sonra heç nə əvvəlki kimi qalmamalı idi. AYO da, Həmid Herisçi də.
Müharibə bizi postmodern bataqlığından qurtardı. Mən seçimimi müharibədən sonra etmişdim. Səlimin təklifi yerinə düşdü..."

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
3
Mənbələr
Şərh ()
Bağla